Ölkə futbolu

Haldorsson: “Bu, Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdı”

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı qolkiper “Qarabağ”a transfer olmaqla düzgün addım atdığını deyib:

“Qarabağ”dan təklif gələndə ilk reaksiyam fərqli oldu. Çünki keçidim o qədər də inandırıcı deyildi.  Ancaq daha ətraflı tanışlıqdan, klubun özünü təqdim etməsindən sonra əmin oldum ki, “Qarabağ”a keçməklə düzgün addım atmışam. Bir neçə təklifim var idi və qərar qəbul etməli idim. “Qarabağ”dan təklif alandan sonra klubda çıxış edən ispan və polşalı oyunçularla danışdım.  “Qarabağ” yüksək səviyyəli komandadı. Burada hər şey peşəkar səviyyədə təşkil olunub. Yeni komandamda hər şey fərqli olacaq. Çünki orada heç nəyə qənaət etmirlər”.

Haldorsson “Qarabağ”a keçidinin səbəbini açıqlayıb: “Qarabağ” ardıcıl 5 dəfə ölkə çempionu olub.  Komanda oyunlarını 2 fərqli stadionda keçirir, hər il avrokuboklarda çıxış edir.  Yeni klubumun bu il də Avropanın bir nömrəli klub turnirində oynamaq imkanı var.  Mən öz arzularımın arxasınca getdim. Düşünürəm ki, bu, Çempionlar Liqasında oynamağım üçün ən böyük şansdı. Ötən mövsümlə müqayisədə bu mövsüm qrupa düşmək üçün daha çox oyun keçirməliyik. Bu, uzun yoldur.  İnanmaq lazımdır. İnanıram ki, ötən ilki uğuru təkrarlaya biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43