Dünya futbolu

Hələ belə bir şey olmamışdı: 3 dəqiqəyə oyun bitdi – VİDEO

İspaniya kubokunda keçirilən “Rasinq Santander” – “Real Sosyedad” oyununda maraqlı anlar yaşanıb.

Belə ki, “Rasinq”li futbolçular və məşqçi heyəti uzun müddətdir maaşlarını ala bilmədikləri üçün bu matçı oynamaqdan imtina edib. Beləliklə, qarşılaşma başladıqdan 3 dəqiqə sonra yekunlaşıb.

“Rasinq Santander” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43