Kateqoriyasız

Hesab böyük ola bilərdi – Roman Qriqorçuk

Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qəbələ” səfərdə “Neftçi”ni 1-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin sullarını cavablandırıb:

“Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm.

Son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43