Kateqoriyasız

Rövnəq Abdullayevlə Sadıq Sadıqov Böyük dəbilqə turnirini canlı izləyir

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. 

İdmanxeber.com xəbər verir ki, bununla əlaqədar Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də sözügedən ölkəyə səfərə yollanıb.

O, qurumun vitse-prezidenti Sadıq Sadıqov və Elnur Məmmədli ilə birgə yarışı canlı izləyir.

Bunadək isə ACF prezidenti Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizirlə görüş keçirib. Vizir Abdullayevi ACF-yə yeni prezident təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arulayıb. O, həmçinin ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirib. Vizir həmçinin Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri Parisin “Akkor Hotels Arena” kompleksində keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43