İdman

I Divizion: hakim təyinatları açıqlandı

Azərbaycan çempionatının I divizionunda VI turun təyinatları açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi FİFA dərəcəli referilərin hamısını aşağı dəstəyə göndərib.

 

Əliyar Ağayev “Şüvəlan” – “Qaradağ Lökbatan”, Rəhim Həsənov “Turan Tovuz” – “Sabah”, Ömər Paşayev “Xəzər” – “Binə” matçına təyinat alıb. Sabiq FİFA referisi Orxan Məmmədov da “sürgün”dən kənar qalmayıb. Ona “Ağsu” – MOİK qarşılaşması həvalə olunub.

 

I divizion

VI tur

02 noyabr (cümə  axşamı)

15:00. “Mil Muğan” – “Zaqatala”
Hakimlər: Rövşən Rəcəbov, Mehman Mahmudov, Rahil Ramazanov, Emin Nağıbəyov
Hakim-inspektor: Zöhrab Qədiyev
Heydər Əliyev adına İmişli şəhər stadionu

15:00. “Şüvəlan” – “Qaradağ Lökbatan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Rüfət Əliyev
“AZAL Arena”

15:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Rəşad Əhmədov 
Hakim-inspektor: Əvəz Şıxıyev
Tovuz şəhər stadionu

03 noyabr (cümə)

15:00. “Xəzər” – “Binə”
Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, İsgəndər Əliyev, Nicat İsmayıllı 
Hakim-inspektor: Azad Mütəllimov
“AZAL Arena”

15:00. “Ağsu” – MOİK
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüsal Qənbərov, Vüqar Həsənli 
Hakim-inspektor: Ramiz Əsədov
Ağsu şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43