İdman

“Neftçi” aparıcı futbolçusu ilə müqaviləni uzatdı

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Rəhman Hacıyev “ağ-qaralar”la yeni müqavilə imzalayıb.

24 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümünün sonunadək “Neftçi”də çıxış edəcək.

Qeyd edək ki, Hacıyev 2015-ci ildən “Neftçi”də oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43