l Divizion

I Divizionda komanda sayı azaldıldı

2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O bildirib ki, I Divizionda 10 komandanın iştirakı nəzərdə tutulub. Bu komandalara ümumilikdə 3 milyon manat vəsait ayrılıb.

Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb: “Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib” – deyə, Hacıyev əlavə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43