Dünya futbolu

“Mançester Siti”nin futbolçusundan rekord müqavilə

“Mançester Siti”nin futbolçusu Cek Qriliş yeni müqavilə imzalayıb.

İdmanxeber.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, futbolçu dünyanın nüfuzlu idman geyimləri şirkətlərindən biri olan “Puma” ilə sözləşmə bağlayıb.

Qriliş bundan sonra sözügedən şirkətə aid butsla meydana çıxacaaq. O, bunun üçün illik 10 milyon avro qazanacaq. Qriliş bu məbləğlə rekorda imza atıb.

Daha öncə heç bir oyunçu sırf idman ayaqqabısı ilə bağladığı müqavilədən bu qədər qazanmayıb. Anlaşmanın müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Daha öncə Neymar və Qrizmann da “Puma” ilə sözləşmə imzaladığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43