Kateqoriyasız

İbrahim Şehiç: “Qrupdan çıxmaqla sürpriz edə bilərik”

“Qarabağ”ın qolkiperi İbrahim Şehiç Bosniya və Hersoqovina mətbuatına  verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qapıçı “Qarabağ”ın qrupdakı şanslarından danışıb:

“Dnepr” üzərindəki qələbə həm klubun, həm də Azərbaycan futbolunun tarixi uğurudur. Çünki bu, Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qazandığı ilk qələbə idi. Ötən mövsüm çox əziyyət çəkdik və Allah bizə qrup mərhələsində oynamağı, burada qələbə qazanmağı nəsib etdi. Ancaq biz dayanmaq niyyətində deyilik. Bu uğurun davamını gətirmək istəyirik. Qrupdan çıxmaqla sürpriz edə bilərik. “Qarabağ” Azərbaycanda çox sevilir. Səfər oyunlarında da azarkeşlərin yanımızda olması bizə əlavə stimuldur. “Dnepr” üzərində qələbə qazandığımız gün “Qarabağ” və Azərbaycan futbolu üçün xüsusi gecə idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43