Ölkə futbolu

İbrahim Uzunca: “Hesab belə olmamalı idi”

Topaz Premyer Liqasının 18-ci turunun son oyunu Zaqatalada keçirildi. “Bakı” səfərdə “Simurq”a 2-5 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca məğlub olduqları matçı belə şərh edib:

“Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularımız gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43