Kateqoriyasız

“Xəzər Lənkəran” müqaviləsi bitən yarımmüdafiəçi ilə “nigah” təzələyəcəkmi?

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin komandada qalıb-qalmayacağı məlum deyil.

İdmanxeber.com-un sportinfo.az-a istinadən verdiyi məlumata görə, onun xidmətində bir çox klublar maraqlıdı. Artıq Abdullayevin “Xəzər Lənkəran”la olan müqaviləsi də başa çatmaq üzrədi.

Ancaq klub hələ ki, Abdullayevə yeni müqavilə təklif etməyib. Gözlənilən budu ki, Lənkəran klubu futbolçusunu itirməyəcək. Oğuz Çətinin ən çox güvəndiyi futbolçulardan olan Elnurun “Xəzər Lənkəran”da qalacağı inandırıcıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43