Kateqoriyasız

“Simurq”un baş məşqçisi: “Əsəbi idik…”

Topaz Premyer Liqasının 18-ci turunda “Simurq” “Bakı”nı məğlub etdi. Bu qələbə sayəsində “Simurq” fasiləyə 4-cü pillədə getdi.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze böyühesabla qalib gəldikləri matç barədə bunları deyib:

“Qələbə qazanmaq vacib idi. Qazanılacaq qələbə bizi turnir cədvəlində irəli aparacaqdı. Vəzifənin öhdəsindən gəldik. Deyim ki, oyun bizim üçün yaxşı başlamadı. Əsəbi idik. Oyun dünən keçirilməli idi. Lakin məlum səbəblərdən təxirə salındı. Bugün isə qarşılaşma erkən start götürdü. Bunun da oyunumuza təsiri oldu. Amma vaxt keçdikcə vəziyyəti düzəldə bildik. Artıq fasilə yaranıb. Biz qısa müddətdə istirahət edəcəyik. Daha sonra Türkiyədə qış hazırlığına start verəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43