Dünya futbolu

İbrahimoviç karyerası ilə bağlı qərarını verdi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubdakı gələcəyi ilə bağlı qərarını verib.

İdmanxeber.az “calciomercato.com”a istinadən xəbər verir ki, ulduz futbolçu komandası ilə bir illik müqavilə uzatmaq niyyətindədir. O, yaxın vaxtda rəhbərliklə danışıq aparacaq. 

Əgər klub yeni müqavilədən imtina edərsə, isveçli özünə komanda axtaracaq. İbrahimoviçin “Milan”la sözləşməsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. 

İbrahimoviç 2020-ci ildən komandadadır. O, daha əvvəl 2010-12-ci illərdə “Milan”da çıxış edib.

Ümumilikdə forvard “qırmızı-qaralar”ın heyətində 163 oyun keçirib, 93 qol vurub, 35 məhsuldar ötürmə edib. İbrahimoviç zədə səbəbindən 2022/23 mövsümünün çox hissəsini buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43