Dünyadan

İbrahimoviç və Mxitaryan ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, 2016-cı ilin son ayının ən yaxşısı "Mançester Yunayted"in isveçli forvardı Zlatan İbrahimoviç seçilib.

35 yaşlı hücumçu ay ərzində meydana çıxdığı 6 qarşılaşmada 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ayın ən yaxşı qolu nominasiyasının qalibi isə "qırmızı şeytanlar"ın digər futbolçusu Henrix Mxitaryan olub.

Erməni yarımmüdafiəçinin "Sanderlend"lə matçda (3 – 1) vurduğu "əqrəb vuruşu" ən gözəl qol hesab edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43