Dünyadan

Millimizin üzvləri “Benfika”ya qarşı

Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” klubu bu gün Portuqaliya çempionatında növbəti oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda Premyer Liqanın lideri “Benfika”nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, 16 oyundan 41 xalı olan “Benfika” 1-ci, 20 xal toplayan “Boavişta” isə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43