Ölkə futbolu

“İdman Azəbaycan”dan “Qarabağ”ın axşamkı oyunu haqda: “Məndən olsa, bu dəqiqə yayımlayaram”

Bu axşam UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Şerif" – "Qarabağ" qarşılaşmasının televizya vasitəsi ilə canlı yayımlanıb-yayımlanmayacağı hələ də sual altındadı.
İdmanxeber.com-un məlumatına görə, oyuna saatlar qaldığı bir vaxtda məsələ hələ də öz həllini tapmayıb. Bununla belə "İdman Azərbaycan" kanalının baş redaktor köməkçisi Siyavuş Əliyev əməkdaşımızla söhbətində hər an yeni xəbərin ola biləcəyini bildirdi: "Məndə olan məlumata görə, oyunu canlı yayımlamırıq, hələki. Hər an yeni xəbər çıxa bilər. Elə bir yenilik olsa sizin də xəbəriniz olacaq. Bu mənim əlimdə olan bir şey deyil. Məndən olsa bu dəqiqə canlı yayımlayaram (gülür) Ümid həmişə olur, gözləyək də…" 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43