Dünya futbolu

“Bavariya”da yeni idman direktoru

“Bavariya”nın yeni idman direktoru müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, klubun sabiq futbolçusu Hasan Salihamiciç bi vəzifəyə təyin edilib. 40 yaşlı sabiq oyunçu ilə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə 2016-cı ilin iyul ayında istefa verən Mattias Zammeri əvəzləyib.

Qeyd edək ki,  Salihamiciç futbolçu karyerası ərzində 1998-2007 illərdə Münhen təmsilçisində oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43