Dünya futbolu

Moldova Futbol Federasiyasının prezidenti: “Qarabağ” nə “Real”, nə də “Barselona”dır”

“Şerif”in Çemionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün gözəl şansı var. Çünki onlar nə “Atletiko”, nə “Real”, nə “Barselona”, nə də “Bavariya” ilə qarşılaşacaqlar. Bu komanda “Qarabağ”la üz-üzə gələcək”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu “Şerif”in Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a qarşı oyunda şanslarını dəyərləndirərkən deyib.

Moldova mətbuatına danışan federasiya rəsmisi Ağdam klubunun heyətində yaxşı braziliyalı futbolçular var: “Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər”.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43