Ölkə futbolu

“İkinci yarıda sığortalı oynamağa çalışdıq” – Azər Bağırov

“Oyunun çətin olacağını bilirdik. “Kəpəz”in evdə necə oynadığı hamıya bəllidir. Rəqibi təhlil etmişdik. Azər Məmmədov yaxşı komanda formalaşdırıb. Birinci hissədə istədiyimizi etməyə çalışdıq. Futbolçular yaxşı mübarizə apardı. Əlimizə düşən qol imkanlarından maksimum istifadə etdik”.

İdmanxeber.az-ın məlumatına görəz bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Kəpəz”ə qalib gəldikləri (2:1) oyundan sonra deyib.

Bağırov sözlərinə bunları əlavə edib:

“İkinci yarıda sığortalı oynamağa çalışdıq. Qapımızda qol gördük. Bu, bizim üçün siqnal olmalıdır. Müdafiədəki boşluqları aradan qaldırmalıyıq” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43