Ölkə futbolu

“Kəpəz” uduzdu, Bayılda sürpriz – YENİLƏNİB

Misli Premyer Liqasında V tura yekun vurulub.

İdmanxeber az xəbər verir ki, ilk olaraq “Kəpəz” “Araz Naxçıvan”ı qəbul edib. Dörd xala malik komandaların duelindən qonaqlar qalib ayrılıb -2:1.

Naxçıvan təmsilçisi bu qələbə ilə 7 xalla 6-cı pilləyə yüksəlib. 4 xalda qalan “Kəpəz” isə 9-cu pillədə qərarlaşıb.

Tur “Səbail” – “Qarabağ” görüşü ilə başa çatıb. “Köhlən atlar” səfərdə növbəti dəfə xal itirib -1:2. Ardıcıl iki qələbə qazanan “dənizçilər” 7 xalla “Qarabağ”la 6-7-ci sıraları bölüşür.

Azərbaycan Premyer Liqası, V tur
3 sentyabr (bazar)

17:00. “Kəpəz” – “Araz-Naxçıvan” 1:2 Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu

19:30. “Səbail”– “Qarabağ” 2:1
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43