Dünya futbolu

Musa oynadı, “Yurqorden” qalib gəldi

İsveç çempionatında 22-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” də bu gün növbəti oyununa çıxıb.

Lomanda “İFK Norrkoepinq”in qonağı olub və görüşdə 2:0 hesablı qələbə qazanıb. Musa oyuna əsas heyətdə başlayıb və sona qədər meydanda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43