Ölkə futbolu

Qurban Qurbanov: “Deyəcək çox söz yoxdur”

“Qarabağ” Misli Premyer Liqasının V turunda səfərdə “Səbail”ə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. O, görüş barədə bunları dedi:

“Məğlub olsaq da, yaxşı oyun oldu. İki komanda tərəfdən dinamik matç keçdi. Deyəcək çox söz yoxdur. 100 faizlik imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolun gözəlliyi budur. Nəticədən yox, oyundan, futbolçuların yanaşmasından razı qaldım”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə “Səbail”ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, millinin oyunları bağlı çempionatda yaranacaq fasilədən tam yararlana bilməyəcəklərini bildirib:  “Əfsuslar olsun, komanda olaraq birlikdə istirahət edə bilməyəcəyik. Digər futbolçulara üç gün istirahət verəcəyik və sonra çalışmağa başlayacağıq. Futbolçuların istirahətə ehtiyacı var”.

Q.Qurbanov qapıda Andrey Lunyova yox, Şahruddin Məhəmmədəliyevə şans verməsi ilə bağlı da danışıb: “Limit və meydança amili var idi. Digər tərəfdən təcrübə də vacibdir. Şahruddinin oynamasına ehtiyac var idi. Qərar belə oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43