Ölkə futbolu

İmzalanma və mükafatlandırma mərasiminin vaxtı bilindi

AFFA və “Bakcell” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasiminin vaxtına aydınlıq gəlib. Milli komandanın yeni sponsoru ilə müqavilə dekabrın 17-də bağlanacaq.

İmzalanma mərasimi “Hilton” otelinin “Sevda” zalında baş tutacaq. Tədbir saat 12:30-da başlayacaq.

Qeyd edək ki, eyni zamanda adıçəkilən məkanda milli komandalarda ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi də keçiriləcək.

affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43