Ölkə futbolu

“Xəzər Lənkəran”lı futbolçunun vurduğu qol ayın ən yaxşı qolu seçildi – VİDEO

Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifinin adına aydınlıq gəlib. "Xəzər Lənkəran"ın futbolçusu Elnur Abdullayev 2308 səslə ayın ən yaxşı qolunun müəllifi seçilib. Noyabr ayının ən yaxşı futbolçusunun isə adı hələlik bilinmir.

Məlumat üçün deyək ki, dekabrın 13-də Premyer Liqanın ən yaxşı oyunçusunun və qolunun müəllifinin təqdimat mərasimi təşkil olunacaq. Mərasim "Four Seasons" otelində keçiriləcək.

1. Elnur Abdullayev Xəzər Lənkəran 2308 səs, 45%
2. Risto Ristoviç Bakı 2037 səs, 40%
3. Marinaldo Silva Qarabağ 328 səs, 6%
4. Leonardo da Silva Qəbələ 270 səs, 5%
5. Stepan Polyak Simurq 144 səs, 3%


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43