Dünyadan

İngilislər türk futbolçu üçün rəsmi təklif göndərib

Türkiyə milli komandasının və “Bayer Leverkuzen”in futbolçusu Hakan Çalhanoğlu ingilis nəhəngi “Çelsi” tərəfindən rəsmi olaraq təklif alıb. 

İdmanxeber.com-un məlumatına görə, “Bayer Leverkuzen” ilə danışıqlara başlayan London təmsilçisinin, qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istədiyi bildirilir.

Baş məşqçi Kontenin Çalhanoğlunu çox istədiyi və 20 milyon avro qarşılığında oyunçunun yanvardan etibarən Londonda çıxış edəcəyi ehtimal edilir.

Xatırladaq ki, Türkiyə milli komandasının düşərgəsində olarkən “Çelsi”nin təklifini öyrənən gənc yarımmüdafiəçi, ilk olaraq məlumatı Fatih Terimlə bölüşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43