Dünyadan

İngiltərədə penaltilər seriyası fərqli olacaq

2017/18 mövsümündə İngiltərə futbolundan yeni sistemdən istifadə olunacaq. 

İdmanxeber.com-un məlumatına görə, İngiltərə Liqa Kubokunda və digər yarışların pley-off mərhələlərində oyunsonrası penaltilər seriyası fərqli şəkildə istifadə olunacaq.

Yeni sistemin adı ABBA-dır. Belə ki, daha əvvəl penalti seriyasında iki komanda növbəli şəkildə zərbə vururdularsa, indi əvvəlcə A komandası zərbə endirəcək. Ardınca B komandası iki ardıcıl zərbə vuracaq, daha sonra A komandası iki dəfə cəhd edəcək və s. 

Mütəxəssislər ABBA sisteminin komandaların üzərindəki təzyiqi azaldacağını düşünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43