Ölkə futbolu

Emin Mahmudov “Boavişta”nın heyətində qol vurdu

Portuqaliyanın “Boavişta” klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Emin Mahmudovun çıxış etdiyi komanda Portuqaliyanın aşağı liqa təmsilçisi “Eşpinyo” ilə qarşılaşıb. 
Beş qolun vurulduğu qarşılaşmada Mahmudov da fərqlənib. 
İkinci hissədə meydana daxil olan millimizin üzvü “Boavişta”nın 4:1 hesablı qələbəsində pay sahibi olub. O, 76-cı dəqiqədə komandasının sonuncu qolunu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43