12 Dekabr 2019
Ölkə futbolu

“İnter” Apellyasiya və Ekspert Komitəsinə müraciət edir

“İnter”in prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında komandası ilə bağlı verilən qərara münasibət bildirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, G.Nikolov İK-in çıxardığı qərarın maliyyə hissəsi ilə razılaşmadıqlarını deyib:

“İntizam Komitəsinin “İnter”lə bağlı qərarının maliyyə hissəsini kifayət qədər sərt qarşılayırıq və bununla bağlı AFFA-nın Apellyasiya və Ekspertlər Komitəsinə müraciət etməyi planlaşdırırıq”.

Qeyd edək ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında AZAL-la oyunda baş verənlərə görə “İnter” klubu ümumilikdə 15 min manat cərimə olunub.

Oxşar xəbərlər

“Xəzər Lənkəran” aparıcı futbolçusunu itirdi

admin

“Qarabağ” – “Simurq” matçının heyətləri

admin

“Xəzər Lənkəran” məşqlərə start verdi: Melkiore futbolçuları yüklədi

admin