Kateqoriyasız

“İnter” Avstriya və Macarıstan klubları ilə qarşılaşacaq

Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışında olan Bakının “İnter” hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter” toplanış çərçivəsində 5 yoxlama görüş keçirəcək.

Kaxaber Sxadadzenin komandası ilk matçına iyunun 16-da çıxacaq. Növbəti görüşlər isə iyunun 19, 23, 25 və 27-də baş tutacaq.

Qeyd edək ki, artıq “İnter”in iki rəqibi bilinir. Belə ki, “bankirlər” ayın 19-da yerli “Şturm” klubuyla, ayın 23-də isə Macarıstanın “Sombathey Haladaş” komandası ilə üz-üzə gələcək.

Əlavə edək ki, digər rəqiblərin adları yaxın günlərdə müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43