Kateqoriyasız

“İnter” azlıqda qaldığı matçda almanlarla bərabərə qaldı

Bu gün "İnter" Almaniyanın "Energie Cottbus" komandası ilə yoxlama matçı keçirdi.

İdmanxeber.com-un məlumatına görə, oyun 1:1 hesabıyla başa çatdı. "İnter"in heyətində Nizami Hacıyev fərqləndi. Əfran İsmayılov komandanı hesabda irəli çıxara bilərdi, lakin yeni transferimizin onbirmetrlik cərimə zərbəsi dəqiq alınmadı.

Qeyd edək ki, komanda oyunu azlıqda keçirdi. Belə ki, Laşa Salukvadze qırmızı vərəqə alaraq meydanı tərk etməyə məcbur oldu.

Xatırladaq ki, "İnter" ilk yoxlama matçını Türkiyə təmsilçisi "İnegölspor" komandasına qarşı keçirmiş və 4:1 hesabıyla qalib gəlmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43