Kateqoriyasız

“İnter” – “Elfsborq” oyununa nə qədər bilet satılıb?

Sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şəfa” stadionunda keçiriləcək “İnter”- “Elfsborq” matçı üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, satışa çıxarılan 3000 biletdən hələ ki, 500-ü satılıb.

Ancaq oyun günü bütün biletlərin satılacağı gözlənilir. 

Qeyd edək ki, “İnter” – “Elfsborq” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43