Ölkə futbolu

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir etmədi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra əmsallar cədvəlini açıqlayıb.
 
“Qarabağ”ın doğma meydanda Maltanın “Valletta” klubunu 4:0 hesabı ilə darmadağın etməsi ölkəmizin aktivinə 0,250 xal qazandırsa da, Azərbaycanın mövqeyinə təsir etməyib. 
 
Hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 10.125 reytinq xalı var ki, onun da 1.250 xalı cari mövsümdə qazanılıb. Bunun 0.750 xalı “İnter”, 0.500 xalı isə “Qarabağ”ın sayəsində əldə olunub.
 
Klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43