Dünya futbolu

“İnter” İnzaqiyə yeni müqavilə təklif edir

“İnter” baş məşqçi Simone İnzaqi ilə yeni müqavilə imzalamağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Rəhbərlik İnzaqinin işindən razıdır və onu mümkün qədər uzun müddət komandada saxlamaq istəyir.

İtaliya çempionatında “İnter” 76 xal toplayıb və birinci yerdədir. Məşqçinin komanda ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43