Ölkə futbolu

“Neftçi”də “yarpaq tökümü” – Bu 3 legioner futbolçu gedir

“Neftçi” növbəti mövsümün planlamasına start verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumatına görə, “ağ-qaralar” yayda 3 futbolçu ilə yollarını ayıracaq. Bunlar Reziuan Mirzov, Ataa Caber və Lukas Melanodur. 

Müqaviləsi mövsüm sonu bitəcək futbolçularla yola davam edilməyəcək. Rəhbərlik gözləntilərin altında çıxış edən oyunçulara yeni sözləşmə təklif etmək niyyətində deyil.

Xatırladaq ki, daha öncə Eddi İsrafilovun da komandadan ayrılmaq istədiyini bildirmişdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43