Kateqoriyasız

“İnter” “Qəbələ” önünə qələbə ilə çıxır

“İnter” və AZAL Premyer Liqanın startı ərəfəsində yoxlama görüşü keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “Şəfa” stadionunda keçirilmiş qarşılaşma “bankirlər”in 2:0 hesablı qələbəsiylə başa çatıb.

“İnter”in heyətində  Baçana Sxadadze və Asif Məmmədov fərqləniblər.

Qeyd edək ki, bir həftə sonra növbəti Azərbaycan Çempionatı başlayacaq və mövsümün ilk turunda “İnter” “Şəfa” stadionunda “Qəbələ” komandasını qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43