Ölkə futbolu

Onlar “Neftçi” üçün Gürcüstana yollanırlar

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Çixura" ilə cavab görüşündə "Neftçi" dəstəksiz qalmayacaq.

İdmanxeber.com-a "ağ-qaralar"ın "Forza" azad azarkeş qrupundan verilən xəbərə görə, "Neftçi"ni dəstəkləmək üçün azı 50-dən çox fanat Bakıdan çıxacaq. Onlara Qazaxdan və Tiflisdən də qoşulanları nəzərə alsaq paytaxt klubunu Gürcüstanda azı 150-dən çox azarkeşin dəstəkləməsi gözlənilir. 

Qeyd edək ki, "Neftçi"nin "Çixura" ilə səfər matçı iyulun 7-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43