İdman

“İnter” Svanadze ilə yeni müqavilə imzaladı

Bakının “İnter” klubu  baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib.

O deyib ki, müqavilənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər heyətində də heç bir dəyişikliyin olmayacağını söyləyib.

Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi vəzifəsində Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43