İdman

Millimiz Almaniya və İtaliya ilə qarşılaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 9-14 avqust tarixlərində Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, 23-28 avqust tarixlərində isə Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millinin heyətini və oyunların təqvimi aşağıda qeyd olunan kimidir:

Vaqif Şirinbəyov, Elçin  Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev

Siofok (Macarıstan)

11 avqust

19:00. Azərbaycan – Portuqaliya

12 avqust

17:45. Belarus – Azərbaycan

13 avqust

16:30. Polşa – Azərbaycan

Varnemunde (Almaniya)

25 avqust

18:00. Almaniya – Azərbaycan

26 avqust

19:15. İtaliya – Azərbaycan

27 avqust

15:30. Azərbaycan – Ukrayna


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43