Ölkə futbolu

“Kəpəz” “Karvan”ı darmadağın etdi

“Kəpəz”in əvəzedici komandası yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, əvəzedicilər Yevlaxın “Karvan” klubu ilə qarşılaşıb. Yevlaxda reallaşan oyun “sarı-göylər”in 4:1 hesablı qələbəsi ilə nəticələnib.

“Kəpəz”in heyətində Talıb Rzayev dubl edib. Eltac Mirzəyev ilə Ruslan Süleymanov isə hərəyə bir dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43