Kateqoriyasız

“İnter” UEFA reytinqində xal ehtiyatımızı artırdı, “Qəbələ” isə…

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib.

İdmanxeber.com-un məlumatına görə, Bosniya və Hersoqovinada “Şiroki Briyeq”lə qarşılaşan və ilk matçda olduğu kimi, cavab görüşündə də yenilən “Qəbələ” Azərbaycanın UEFA-dakı xal ehtiyatını artıra bilməyib.

Əvəzində Bakının “İnter” klubu ilk matçda olduğu kimi cavab görüşündə də  Moldova “Tiraspol”unu yenərək Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldu.

Ölkəmiz hazırda UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi. Azərbaycanın hesabında 9.375 reytinq xalı var ki, onun da 0.500 xalı cari mövsümdə qazanılıb. Qazanılan bu xallarda yalınız “İnter”in sayəsində olub.

Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43