Kateqoriyasız

“Qarabağ” azarkeşləri ayağa qalxdı: Oyun canlı yayımlansın!

Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk görüşünü iyulun 15-də səfərdə Malta “Valetta”sına qarşı keçirəcək “Qarabağ”ın bu matçı canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, hələ ki, bu haqda hər hansı bir informasiya yoxdu və matçın canlı yayımlanması ilə bağlı İdman Azərbaycan telenakalının proqramında belə bir məlumat yer almayıb.

Qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək təmsilçimizin oyununun canlı yayımlanmaması azarkeşləri hiddətləndirib. “Qarabağ”ın çoxsaylı azarkeşir TV-nin “facebook” səhifəsinə hücum edərək matçın canlı yayımlanmasını tələb edirlər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43