Ölkə futbolu

“İnter”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında “Neftçi”ni qəbul edəcək “İnter” in heyətində ciddi itki var.

İdmanxeber.com-un məlumatına görə, komandanın əsas müdafiəçisi Zurab Xizanişvilinin “Neftçi” ilə oyunda iştirakı sual altındadı. Gürcüstanlı futbolçu oyunöncəsi məşqlərin birində zədə alıb. Onun oynayıb-oynamayacağı yaxın saatlarda bəlli olacaq. Zurabdan başqa, Elnur Abdullayev də “ağ-qaralar”la oyunda sarı vərəqə limitini doldurduğu üçün iştirak etməyəcək.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43