Dünyadan

“Mançester Yunayted” birinci, “Real” isə ikinci oldu

2016-cı ildə ən çox forma satan klubların siyahısı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Mançester Yunayted” klubu ötən ildə satılan formalarının sayına görə birinci yeri tutub.

İngiltərə klubu ötən il 2 milyon 850 min forma satıb. Bu, komandaya cəlb olunan Pol Poqba və Zlatan İbrahimoviç saysində baş verib. Belə ki, satılan formaların böyük qismi bu futbolçulara məxsusdur.

Siyahıda ikinci yeri 2 mln. 290 min forma satan İspaniyanın “Real”, üçüncü yeri isə “Barselona” klubu (1 mln. 980) tutub.

Ən çox forması satılan futbolçuların siyahısına isə “Barselona”nın ulduz futbolçusu Lionel Messi liderlik edir. İkinci pillədə “Real”ın futbolçu Kriştiano Ronaldo qərarlaşıb. 3-cü və 4-cü pillələrin sahibi isə müvafiq olaraq Pol Poqba və Zlatan İbrahimoviçdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43