Bakının “İnter” klubu Zabrat qəsəbəsində yerləşən uşaq evini ziyarət edib.
İdmanxeber.com-un məlumatına görə, uşaqlarla görüşdə klub prezidenti Rəşad Qasımov, komandanın baş məşqçisi Zaur Svanadze və futbolçular iştirak edib.
Qonaqlar azyaşlılara hədiyyələrini təqdim edib və bir neçə saat birgə vaxt keçiriblər.