Kateqoriyasız

“İnter”ə azarkeşlərindən xüsusi dəstək

Bu gün Avroliqanın II təsnifat mərhələsinin cavab görüşündə “İnter” “Hafnarfyordur”la qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, maliyyə problemlərinə rəğmən uğurlu oyun sərgiləyən Bank klubunun bu nəticəsinə azarkeşləri də biganə qalmayacaq.

İslandiya təmsilçisi ilə oyun “İnter”in “Tiffozi” azad azarkeş qrupu da xüsusi hazırlıq görür. Qrupdan saytımıza bildirilib ki, bugünkü oyunda komandaya maksimum dəstək veriləcək, bir neçə banner açılacaq. Pankartlarda klubun maddi böhrana rəğmən uğurlu oyun sərgilməsin haqda yazılar olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43