Ölkə futbolu

“İnter”in 3 futbolçusu “Sumqayıt”da

“Sumqayıt”ın akademiyası yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, U-15 komandası heyətinə 3 futbolçu qatıb. Belə ki, “İnter”in 3 üzvü Kərim Dadaşov, Rauf Məmmədov və Amil Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandanın şərəfini qoruyacaq. Bundan başqa, U-15 komandası Sərhədçi İdman Kompleksində “Qarabağ”la yoldaşlıq görüşü keçirib və oyun 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Nicat Hüseynov vurub.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43