07 Noyabr 2024
Dünya futbolu

Terimin gedişindən sonra “Qalatasaray”da özbaşınalıq baş alıb gedir – FOTO

“Qalatasaray”ın Fatih Terimsiz çıxdığı məşqdə Ebue-Sneyder davası damğa vurdu.

Türkiyə mətbuatında yer alan  xəbərə görə, futbolçular meydandakı məşqi bitirdikdən sonra soyunub-geyinmə otağına yollanarkən komandanın fildişi sahilli futbolçusu Ebue Sneyderə “indi xoşbəxtsən?!” deyə bir sıra ifadələr işlədib. Aranın daha da qarşıdığını görən Droqba, araya girərək futbolçuları sakitləşdirib.

Burak özündən çıxdı.

Komanda da xoş abu-havanın pozulduğunu və futbolçuların bir-biri ilə dava etdiyini görən Burak Yılmaz əsəbindən divarları yumruqlayıb. Bu hal məşqi izləyən azarkeşləri şoka salıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43