Dünya futbolu

“İnter”in futbolçusu “Çelsi”yə keçdi

“İnter”in yarımmüdafiəçisi Freddi Quarin karyerasını İngiltərədə davam etdirəcək. 

Futbolçu qışda “Çelsi” ilə 3,5 illik müqavilə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub. Transferin qiyməti təxminən 15 milyon avro təşkil edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43