İdman

“İnter”lə oyun öncəsi “Neftçi”də ciddi itkilər

Azərbaycan Prmyer Liqasının XVII turu çərçivəsində “İnter”lə qarşılaşacaq “Neftçi” bu görüşə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi “İnter”lə oyunda 3 futbolçusunun xidmətindən məhrum olacaq. Belə ki, kapitan Ruslan Abışov sarı kart limitini doldurduğundan sabiq komandasına qarşı matçda forma geyinə bilməyəcək.

Müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçi Cavid İmamverdiyev zədəli olduğundan sözügedən matçda çıxış etməyəcək.

Qeyd edək ki, “İnter” – “Neftçi” oyunu fevralın 9-da keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43