İdman

İslamiada: Azərbaycan növbəti qızıl medalını qazandı

Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, o, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43